Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Akopyandan sensasion açıqlama: “Əsgərlərimiz mənasız yerə Qarabağda ölüblər”

ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi “Təbəssüm şəhəri” Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib

“Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatını itirib”.

Boyukmillet.com  “Yekramas” nəşrinə istinadən xəbər verir ki, bu sensasion açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsi zamanı verib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Akopyan qeyd edib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həlak olub.

Xatırladaq ki, Ermənistanın baş nazirinin həyat yoldaşı hazırda ABŞ-dadır. ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi “Təbəssüm şəhəri” Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir