Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” – Sabah bədii tədbir keçiriləcək

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə 12 sentyabr 2019-cu il saat 18:00-da 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 101 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçiriləcək.Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq ədəbi-bədii tədbirdə Türkiyədən olan qonaqlar – araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi vəqfinin rəhbəri Fatma Sönmez, Ötüken Neşriyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık, araşdırmaçı alim Neslihan Kabaklı da iştirak edəcəklər.Tədbirdə vətənpərvərlik mahnılarının ustadları – Şəmistan Əlizamanlı, Şahin İsmayılov və b. sənətkarların ifasında konsert proqramı təqdim olunacaq.Arzu edənlər iştirak edə bilər.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …