Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Qanuni oğruların müharibəsi davam edir — Rəşad Gəncinski ayağından güllələndi

Rusiyada yaşayan azərbaycanlı qanuni oğrular arasında savaş davam edir.

Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, Rəşad Gəncinski Lotu Qulinin adamları tərəfindən göndərilən dəstə ilə atışma zamanı ayağından yaralanıb.
Abxaziyada baş verən “razborka”da ayağından güllə yarası alan Rəşad İsmayılov görünür tezliklə Moskvaya qayıda bilməyəcək. Çünki Gəncinski Moskvada bir sıra cinayətlərdə şübhəli bilinərək axtarışa verilib. Rəşadın ayağına gülləni digər qanuni oğru Raul Bartsba (Pıza ləğəbli) vurub. Kriminal cəmiyyətin bir hissəsi düşünr ki, Pıza doğru hərəkət edib.

Əldə edilən məlumata əsasən Gəncinski artıq yaxşıdır və digər oğrularla münasibət qurur. Moskvaya getmək fikrindən isə imtina edib. Çünki bir neçə ay əvvəl hüquq-mühafizə orqanları Rəşadn qruplaşmasının bir sıra üzvünü insan oğurluğu, soyğunçuluq və s. ittihamlarla həbs etmişdi. İşlə bağlı materialda Rəşadın adı birinci yerə çıxmışdı. Amma müstəntiqlər Gəncinski ilə əlaqə saxlaya bilməmişdilər. Onun axtarışları davam etsə də, Rəşad Moskvada yox idi. Tezliklə Gəncinski Abxaziyada üzə çıxdı və ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirildi.

Pıza dostu ilə söhbət etdiyi məkana üç kriminal avtoritet hücum edib-Rəşad İsmayılov, Niko Dqebuadze (Nika Qaqrinskiy) və Roman Dmitriyev (Roma Stavropolskiy). Avtoritetlər Pızanı döymək istəyiblər. Pıza isə pistoletdən atəş açıb. Rəşad və Nika yaralanır. Roma isə qurtula bilir.
Bir oğrunun üç oğruya atəş açması görünməmiş hadisədir. Bu səbəbdən baş verən hadisə kriminal dünyada geniş müzakirələrə səbəb oldu.
Bartsba davranışını belə izah edib: “xuliqan” qrupu içəri soxuldu və ona hücum etdi. Onlardan ancaq Nika Qaqrinskini tanıyır və onun qanuni oğru statusu sual altındadır. Bu səbəbdən Dqebuadze digər qanuni oğrulara əl qaldıra bilməzdi. Amma Dqebuadzeni müşayət edən qanuni oğruları Pıza tanımırdı və onlar özlərini təqdim etmədilər. Bu səbəbdən o, elə düşünb ki, qanuni oğrular yox, “xuliqanlar”la üz-üzə qalıb. Bu zaman isə adətə uyğun olaraq qanuni oğru şərəf və ləyaqətini qorumalıdır.

Hücum edənlərin arxasında nüfuzlu qanuni oğru Nadir Səlifov (Lotu Quli) dayandığı üçün digər qanqsterlər məsələyə baş qoşmamağı üstün tuturlar. Məlumdur ki, Pızanı Rövşən Caniyevin (Rövşən Lənkəranski) qruplaşması dəstəkləyir. Bu mümkündür. Çünki Rəşad İsmayılov Rövşənin öldürülməsini təşkil etdiyini etiraf edir. Bildirilir ki, bu əməliyyatda əsas rolu Lotu Quli oynayıb.

Bir sıra yunan qanuni oğruları da Pızanın tərəfini saxlayır. Bu da anlaşılandır. Çünki Yunanıstanda nüfuzlu qanuni oğru David Sebiskveradzenin (Dato Kutaisskiy) yanında qanuni oğru Cavid Məmmədov məskən salıb. Dato Ağcabədinskiy adı ilə tanınan Cavid Lotu Quliyə qarşı qurulan müxalifətin liderlərindən biridir.

Şakro Molodoyun rəhbərlik etdiyi Rusiya mafiyasının baş-qərargahında Pızanın hərəkətləri mühakimə edilməyib. 
Bu məsələdə Lotu Qulinin mövqeyi məlumdur. O, artıq Pızanı cəzalandırmağa söz verib. Səlifovun belə bir söz verməsi isə ölüm hökmü deməkdir. Amma Bartsba Abxaziya ərazisini tərk etmədikcə, Səlifovun planının reallaşması bir az çətin görünür.

Raul Bartsba hazırda Abxaziyanın baş qanuni oğrusu postuna iddialıır və rəqibləri ilə aktiv şəkildə “haqq-hesab” çürüdür. Nika Qaqrinskiyə qarşı isə kriminal dünyada münasibət müxtəlif olub. Bəzi qanuni oğrular onu intriqant sayır. Bu səbəbdən onun qanuni oğru statusi şübhə altındadır. Nəticədə Nika Lotu Quli ilə yaxınlaşıb və uzun müddət onun Türkiyədə qulluğunda durub. Nika eyni zamanda Qulinin qardaşı, qanuni oğru Namiqlə də uzun müddətdir münasibət saxlayır. Pızanın tərəfdarları isə Nikanı döyərək qanuni oğru olmadığını elan ediblər. Bu zaman Quli dəstəsini yığaraq “razborka”ya göndərib. Abxaziya səfəri isə onlar üçün uğurlu alınmadı…

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir