Cümə , 27 Fevral 2026
Drone Cameras

“Qarabağ” – “Atletiko” oyununa gedəcək azarkeşlərə ŞAD XƏBƏR

“Qarabağ” klubu azarkeşlərin Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya təmsilçisi “Atletiko” ilə oyuna rahat gedib-gəlmələri üçün tədbir görəcək.

Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq.

Tərəfdarlar avtodayanacaqdan qarşılaşmanın başlamasından üç saat əvvəl – saat 17:00-dan etibarən istifadə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçına bilet satışa davam edir. Azarkeşlər oktyabrın 17-dən etibarən biletləri Bakı Olimpiya Stadionunun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir