Şənbə , 10 Yanvar 2026
Drone Cameras

“Qarabağ” klubu dünya reytinqində 38 pillə irəliləyib

“Qarabağ” klubu dünya reytinqində 38 pillə irəliləyib. 

Boyukmillet.com-un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 

154,75 xalı olan Azərbaycan çempionu 134-cü sıradan 96-cı yerə qalxıb. 

“Sabah” (79,25) 264-cü pillədən 302-yə geriləyib. “Araz-Naxçıvan” (70,25) 363-cü mövqedən 355-ə qalxıb. “Zirə” (68) isə 274-dən 380-ə düşüb. 

Qeyd edək ki, 506 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 543 xalla liderdir.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …