Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Qarabağ” “Qalatasaray”la matça başqa klublardan futbolçu cəlb edə bilər

“Qarabağ” “Qalatasaray”la keçiriləcək yoldaşlıq matçı üçün Premyer Liqamızda çıxış edən digər klublardan oyunçular dəvət edə bilər.

Boyukmillet.com xəbər verir ki, bunu “ARB 24”ə açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

O, qeyd edib ki, xeyli futbolçusu milli komandaların düşərgəsində olacağından bu addımı ata bilərlər: 

“Oyunçu baxımından bir az ehtiyatlanmaq istəyirəm. Çünki oyunçularımızın sayı yetəri qədər deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. Ola bilər ki, “Qalatasaray”la matç üçün digər klublarımızdan 2-3 futbolçu götürək. Bunun üçün klublardan xahiş edə bilərik. Yəni, hansı mövqeyimizdə çatışmazlıqlar, problemlər olacaq, onun üçün edəcəyik. Razılıq versələr, dəyişiklik mümkündür”.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …