Şənbə , 27 Aprel 2024
Drone Cameras

Qarabağ qazisinin evi başına uçdu – Sabunçu İcra Hakimiyyətinin heç tükü də tərpənmir – VİDEO

Bakı şəhəri Bakıxanov qəsəbəsi Ramiz Zeynalov küçəsi döngə 1, ev 1-də yaşayan Qarabağ qazisi İsmayılov Murad Hamlet oğlunun yaşadığı ev uçub. Bu barədə məlumatı Azinforum.az-a qazinin nənəsi İsmayılova Şəfiqə Yaqub qızı verib. Evin uçmasına səbəb yağan yağışlar nəticəsində ətrafdakı təpənin sürüşməsi olub. Şikayətçilər bildirir ki, Sabunçu Rayon İcra Hakimiyyətinə bu barədə məlumat verilsə də, heç bir tədbir görülmür. Qeyd edək ki, evdə yaşayan qazi son doyüşlərdə sol əlinin bir neçə barmağını itirib. Azinforum.az mövzu ilə bağlı hazırladığı videoreportajı təqdim edir.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …