Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

“Qarabağ” və “Qalatasaray” yoldaşlıq görüşü ilə bağlı paylaşım ediblər

“Qarabağ” və “Qalatasaray” klubları martın 26-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı paylaşım ediblər.

Boyukmillet.com xəbər verir ki, “köhlən atlar” rəsmi feysbuk hesabında “Yoldaşlıq deyil, Qardaşlıq oyunu” yazıb.

Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.

Türkiyə təmsilçisi də tviter hesabında görüşün tarixi ilə bağlı paylaşım edib. “Sarı-qırmızılar” da hazırlıq matçındakı gəlirlərin zəlzələdən əziyyət çəkmiş vətəndaşlara bağışlanacağını xatırladıb.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …