Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bu barədə Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildiirlib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
