Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2022-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər.

Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu – yanvarın 5-dən başlayıb.

Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …