Bazar , 15 Noyabr 2026
Drone Cameras

Qarabağın iqtisadi imkanlarına həsr olunan növbəti konfransın yeri məlum olub

“Bu gün Şamaxıda keçirdiyimiz “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfrans Ağdamda keçirilən konfransın məntiqi davamıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə ilk elmi-praktiki konfrans Qarabağda keçirilib: “Biz Qarabağda yeni iqtisadi quruculuğunu təmin etməliyik. Qarşımızda duran əsas vəzifə budur”.

E. Hüseynov qeyd edib ki, növbəti bu cür elmi-praktiki konfrans Füzulidə keçirilə bilər.

Xatırladaq ki, bu gün Şamaxıda keçirilən konfrans İqtisadiyyat Nazirliyinin, AMEA-nın İqtisadiyyat İnstitutunun, ADA Universitetinin dəstəyi ilə təşkil olunub.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …