Cümə , 17 Aprel 2026
Drone Cameras

Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti uzadılır

Gürcüstan hökumətinin pandemiya dövründə məhdudiyyətlər tətbiq etməklə bağlı səlahiyyət müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılacaq.

Boyukmillet.com xəbər verir ki, “İctimai sağlamlıq haqqında” qanuna müvafiq düzəlişlər layihəsi Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq.

Sənəddə qeyd olunub ki, müddətin artırılmasının məqsədi hökumətin pandemiyanın yayılmasının qarşısını alması və proseslərin idarə olunması üçün mövcud hüquqi mexanizmin saxlanılmasıdır.

Qeyd edək ki, bundan öncə hökumətə bu səlahiyyət 2022-ci ilin yanvarın 1-dək verilmişdi.

Check Also

Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb. Boyukmillet.com  xəbər verir ki, …