Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Qasım Süleymani Azərbaycan ordusunu ermənilərə satıb – Sabiq DQ komandanından İDDİA

“Azərbaycan düşməni Qasım Süleymaninin ölümü hüquq – mühafizə orqanlarına xeyli ip ucları verdi. O, hələ 1990 cı illərdən Azərbaycanla xüsusi maraqlanıb və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd edib”.

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev özünün “facebook” səyfəsində deyib.

F.Hacıyev xatırladıb ki, Süleymaninin iki agenti Ağdam- Ağdərə döyüş bölgəsində Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən həbs edilərək MTN-ə təhvil verilib.

“Bunu ondan ötrü göz yaşları axıdanların yaddaşı üçün yazdım…” -deyə, F. Hacıyev əlavə edib.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …