Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Qax rayonunda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Şövkət Mənəf oğlu Yusifov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə​ sürücü ölüb.

İlkin məlumatlara görə, sürücünün ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …