Bazar , 29 Mart 2026
Drone Cameras

Qaxda odlu silah-sursat aşkarlanıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Boyukmillet.com-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.Keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Qax rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 3 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …