Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub.

Boyukmillet.com xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb.

Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər.

Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …