Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Qazaxıstanlı ekspert: “Türk dövlətləri ortaq dəyərləri, dili, mədəniyyəti qoruyaraq saxlayıb”

“Uzun müddət ərzində SSRİ-nin tərkibində olmasına baxmayaraq, türk dövlətləri əlaqələri kəsməyib. Biz repressiyalara rəğmən ortaq dəyərlərimizi, dilimizi, mədəniyyətimizi qoruyub saxlamışıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin Şuşada keçirilən növbədənkənar toplantısında deyib.

O, türk dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Ekspert sıx qarşılıqlı əlaqəni və mədəni mübadiləni genişləndirmək üçün türk ölkələrinin paytaxtları arasında uçuşların sayının artırılmasını, aviabiletlərin qiymətlərinin sərfəli olmasını təklif edib: “Bu, Türk Dövləti Təşkilatına üzv olan ölkələrin turizm potensialının inkişafı üçün yaxşı imkan yaradacaq”.

T.Kaliyev Zəngəzur dəhlizinin rolunu yüksək qiymətləndirərək əlavə edib ki, bu, Türk Dövləti Təşkilatına üzv olan ölkələr üçün yaxşı imkan yaradır və Avropa ölkələri üçün də yeni marşrutdur.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …