Şənbə , 14 Mart 2026
Drone Cameras

Qazaxla sərhəddə atışma, əsgərimiz yaralandı – General hadisə yerində – FOTO

Ermənistan Azərbaycanın sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yember­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Cavab atəşi ilə düşmən susdurul­ub.

Hadisə zamanı DSX-nın Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

DSX-nın rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib.

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …