Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Qazi Babək Mürsəlov saxlanıldı

“Gənc Qazilər” İB-nin Laçın rayon Filialının sədri, Qarabağ Vətən müharibəsinin iştirakçısı, Qazi Babək Mürsəlov saxlanılıb.
Bu barədə Gənc Qazilər birliyi sosial şəbəkələrdə paylaşım edib.
Saxlanılma səbəbi Laçın rayon polis idarəsinin rəisinin tapşırığı ilə həyata keçirilib.

Babək Mürsəlov şəhid ailələrinin və qazilərin üzləşdiyi problemləri dilə gətirib danışdığı və bu problemin həllini aydiyatı dövlət qurumlarından tələb etdiyi üçün sifarişlə saxlanılıb, həbs olunub.

Dünən saat 5 rədalərində “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin” əməkdaşları yaşadığı ünvana gələrək onu həbs ediblər.

Babək Mürsəlovun qardaşı və qardaşı oğlununda saxlanıldığı deyilir.

“Gənc Qazilər” İctimai Birliyi olaraq Qazi Babək Mürsəlovun ağır döyüş yolunu, ağır yaralanmasını nəzərə alınmasını, heç bir cinayət əməli törətməyən Qazimizin azadlığa buraxılmasını xaiş və tələb edirik!

Boyukmillet.com

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …