Bazar , 8 Fevral 2026
Drone Cameras

Qazilər SOCAR-a məxsus obyektlərin mühafizəsinə cəlb edilir

“Security Operation Services” (“SOS”) mühafizə şirkətində ikinci Qarabağ müharibəsinin daha 29 iştirakçısı işlə təmin edilib.

Boyukmillet.com xəbər verir ki, 2022-ci ilin birinci rübü ərzində şirkət tərəfindən elan olunan 165 vakansiya üçün 162 nəfərin müraciəti qeydə alınıb və onlardan 111 nəfər işə qəbul komissiyasından uğurla keçib.

Yeni işə qəbul olunanlar arasında 44 günlük Vətən müharibəsində şücaət göstərmiş 29 müharibə iştirakçısı və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən 4 şəhid ailəsinin üzvü də var.

Qəbul olunan yeni əməkdaşlar ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən neft sənayesi obyektlərinin mühafizəsinə cəlb ediləcək.

Qeyd edək ki, SOCAR-la əməkdaşlıq çərçivəsində neft mədənlərinin, boru kəmərlərinin və neft sənayesinə aid digər obyektlərin qorunmasını həyata keçirən “SOS” şirkətində indiyə kimi ümumilikdə 149 şəhid ailəsi, qazi və müharibə iştirakçısı işlə təmin edilib.

Check Also

Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci …