Koronavirus (Covid-19) pandemiyasının ölkəmizdə yayıldığı ilk günlərdən etibarən qeyri-hökumət təşkilatları virusla mübarizə sahəsində dövlətimizin apardığı siyasətə dəstək olmaq məqsədilə müxtəlif faəliyyətlər həyata keçirirlər. Tətbiq olunan xüsusi karantin rejimində ehtiyacı olan şəxslərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları ilə yanaşı QHT-lər də fəal iştirak edir. Belə ki, 3 qeyri-hökumət təşkilatı – “Vətəndaşların Sosial Rifahı Naminə”, “Əlil Qadınlar Cəmiyyəti” və “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birlikləri birləşərək yaşı 65-dən çox olan tənha ahıllara, aztəminatlı, çoxuşaqlı ailələrə, ümumilikdə çətin həyat şəraitində yaşayan şəxslərə ərzaq yardımı edir, virusdan qorunmaq üçün tibbi ləvazimatlar və maarifləndirici bukletlər paylayırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə həyata keçirilən bu kampaniya ərzində bu günə qədər 300-dən çox ailəyə dəstək göstərilib. Bundan əlavə, kampaniya çərçivəsində ahıllara, əlilliyi olan şəxslərə sosial xidmətlər göstərilir, eyni zamanda əhali arasında müvafiq qərarlara riayət olunmasına dair monitorinqlər aparılır.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …