Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT Agentliyindən QƏRAR: Qrant müsabiqəsinin nəticəsi sabah açıqlanır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18 iyul tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin “2022-ci il kiçik qrant müsabiqəsi”nə təqdim olunmuş layihələr müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.

Daha sonra iclasda Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin inkişafına və təşviqinə dair Konsepsiya Sənədinin hazırlanması məsələsinə baxılmış, müvafiq işçi qrupu çərçivəsində fəaliyyətin davam etdirilməsi tapşırılmışdır.

Qeyd edək ki, “2022-ci il kiçik qrant müsabiqəsi”nin qalibləri 19 iyul 2022-ci il tarixində elan ediləcək.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …