Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

QHT işi ilə bağlı iki nəfərin həbs olunduğu bildirilir

Daha bir neçə şəxsin isə ifadəyə çağırıldığı deyilir

Qeyri-hökumət təşkilatlarına qarşı davam edən cinayət işi ilə əlaqədar daha iki nəfərin məsuliyyətə cəlb olunduğu bildirilir.

Məlumata görə, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində həbs-qətimkan tədbiri seçilib.

Yaxınlarının bildirdiyinə görə, aprelin 9-da Binəqədi rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barədə 3 aylıq həbs qərarı verilib.

Məlumatı məhkəmədən təsdiqlətdirmək mümkün olmayıb.

QHT-lərlə bağlı cinayət işi ilə əlaqədar daha bir neçə şəxsin də ifadəyə çağırıldığı deyilir. Bu məlumatı da rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb.

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir.

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay (Məmmədzadə) bu iş üzrə həbs olunublar.

ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.

Check Also

Sel Ağsuda can aldı

Güclü yağış nəticəsində ekskavatora sığınan 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb Ağsunun Kalva kəndində …