Şənbə , 21 Dekabr 2024
Drone Cameras

QHT rəsmisi: “Düşmən öz anladığı dillə, anladığı üsulla cəzalandırılmalıdır”

“İşğalçı Ermənistan silahlı qüvvələrinin bugünlərdə Füzulinin Əlixanlı kəndində növbəti təxribatı nəticəsində həyatını itirmiş günahsız insanların – nənə və körpə nəvənin öldürülməsi, daha bir qadın vətəndaşımızın isə ciddi yaralanması hadisəsinə Azərbaycanda, dünyada verilən reaksiyaları diqqətlə izləyirik”. Bunu  Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi daha iki insanımızı qanına qəltan eləyib, daha birini xəstəxanalıq etsə də, öz xəstə dövlətini, oyuncaq hakimiyyətini də xeyli suallar qarşısında qoydu: “Bu adıyaman hadisə nələri üzə çıxardı?

Birincisi, Ermənistan hakimiyyəti diplomatların, nüfuzlu ziyalıların, QHT, KİV təmsilçilərinin, sıravi insanların qınaqları ilə üz-üzə qaldı;

İkincisi, Azərbaycan Silahlı Qüvvələri körpə Zəhranın qisasını aldı – növbəti hücuma hazırlaşan Ermənistan taboruna sarsıdıcı zərbə vurdu, erməni hərbçiləri öldü, yaralandı;

Üçüncüsü, Ermənistan dövlətinin, onun qatil, terrorçu və soyqırım iştirakçısı prezidnetinin və silahdaşlarının keçmiş əməllərini yenidən dövriyyəyə gətirdi, güncəlləşdirdi.

Dördüncüsü, vasitəçilərin, ən azı ədalətli insanların, dünyada tərəqqi istəyən güclərin Ermənistanın Azərbaycana elanolunmamış (amma qanlı nəticələri ilə bitmək bilməyən) savaşının bir an öncə bitirilməsi mövzusunda həssaslığını artırmış oldu;

Beşincisi, respublikamızda, dünya azərbaycanlıları arasında birliyə, bir ictimai xadimin sözü ilə ifadə etsək, “aprel ruhu”nun dirçəlməsinə səbəb oldu…

Altıncısı, erməni toplumunun özündə də, heç olmazsa, pıçıltı ilə, içdən-içə suallar, o suallara uyğun cavab axtarışı yarandı: Ermənistan ordusu niyə qadınları, uşaqları hədəf alır?!. Füzulidə bir qadının, körpənin öldürülməsi Ermənistanın nəyinə lazımdır?!. – Bu sualların obyektiv cavabı nədir? – Təbii, bu, Ermənistan hakimiyyətinin, “şanlı erməni ordusu”nun miskinliyi, əlacsızlığından başqa bir şey deyil..!

Nəhayət, bütün başqa məqamlarla yanaşı, bizim üçün də bir daha müəyyənlik yarandı: düşmən öz anladığı dillə, anladığı üsulla cəzalandırılmalı, nəyin bahasına olursa-olsun, torpaqlarımızdan sıxışdırılıb çıxarılmalıdır!”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir