Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Dinc əhalinin atəşə tutulması hallarına son qoyulmalıdır

Erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından (CDU) olan deputatı Patrik Sensburq bəyanatla çıxış edib.

Almaniyalı deputat bəyanatında deyib: “Füzuli rayonunun dinc sakinləri Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində əlavə bir dinc sakin ağır yaralanıb”.

O, həmçinin münaqişənin tezliklə həll olması üçün sülh danışıqlarının davam etdirilməsinin vacibliyini ifadə edərək deyib: “Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmalıdır”. Deputat münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyini də xatırladıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir