Bazar , 29 Sentyabr 2024
Drone Cameras

QHT Şurası yeniliklər edəcək

“Bütün bunların məqsədi cənab prezident İlham Əliyevin Şuranın qarşısında qoyduğu vəzifələrin daha da layiqincə yerinə yetirilməsi,həmçinin şəffaflıq və hesabatlılığın daha da artırılmasıdır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5 noyabr 2018-ci il tarixli iclasında noyabrın 15-də 2019-cu il birinci qrant müsabiqəsi elan olunmasıyla bağlı qərar qəbul edilib.

Sosialxəbər.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud deyib.

Onun sözlərinə görə, elanın mətni həmişəki kimi, Şuranın csssn.gov.az, e-qht.az və qhtxeber.az saytlarında yerləşdiriləcək:

“Hazırda müsabiqə qaydalarının təkmilləşdirilməsi üzərində ciddi iş aparılır. Burada məqsəd QHT-lərin müsabiqədə iştirakını və ondan sonrakı prosesdəki işini daha da asanlaşdırmaqdır.

Qaydalarla tanış olan və onu mənimsəyən QHT-lər qrant müsabiqəsinə uğurla qatıla biləcək. Şura həmçinin QHT-lərə göstərdiyi elektron xidmətlərin daha da təkmil formaya salınması və sayının artırılması üçün də müvafiq iş aparır. Növbəti ildəki qrant müsabiqəsi çərçəvəsində elektron növbə proqramı da QHT-lərin istifadəsinə veriləcək.

Layihələrin hesabatlarının verilməsi prosesiylə də bağlı bir sıra yeniliklərin olması gözlənilir. Hazırda bu istiqamətdə də iş aparılır. Bütün bunların məqsədi cənab prezident İlham Əliyevin Şuranın qarşısında qoyduğu vəzifələrin daha da layiqincə yerinə yetirilməsi,həmçinin şəffaflıq və hesabatlılığın daha da artırılmasıdır”.

 

 

 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir