Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

QHT Şurası 2020-ci il 1-ci qrant müsabiqəsi ilə bağlı təklifləri qəbul edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci il 1-ci qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi prosesində ictimai iştirakçılığı təmin etmək məqsədilə QHT-ləri, media, dövlət və özəl qurumları, eləcə də vətəndaşları cəmiyyət üçün aktual olan ictimai əhəmiyyətli məsələlərlə bağlı təkliflərini təqdim etməyə dəvət edir.

Müsabiqə mövzuları ilə bağlı təkliflərinizi 2019-cu il noyabr ayının 14-dək SƏLİS-in innobank.az saytının ideya bankı (http://innobank.az/Idea) bölməsi vasitəsilə təqdim edə bilərsiniz.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …