Cümə , 14 Mart 2025
Drone Cameras

QHT Şurasından mühüm qərar

2020-ci ildə dövlət orqanları və digər qurumlar ilə birgə
qrant müsabiqəsi keçirilməsinə qərar verilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi elan etməsi barədə məlumat verib. Gündəlik yekdilliklə təsdiq olunub.


Şura üzvü Sahib Məmmədov, Anar Xəlilov, Şahin İsmayılov və Zakir Hacıyev çıxış edərək gündəlikdəki məsələ barədə rəy və təkliflərini bildiriblər.


Şura üzvü Əliməmməd Nuriyev xarici səfərdə olduğundan onlayn formada iclasa qatılaraq gündəlikdəki məsələyə münasibətini bildirib.


Müzakirələrdən sonra Şuranın dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi keçirməsi haqqında qərar qəbul olunub. Müsabiqənin elanı noyabrın 21-də Şuranın internet saytlarında yerləşdiriləcək.

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …