Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“QHT ziyarətləri” çərçivəsində Qəbələ rayonunda növbəti görüş keçirilib – FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Qəbələ rayonunda növbəti görüş keçirib.


Boyukmillet.com QHT.az -a istinadən xəbər verir ki, layihə çərçivəsində “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyinin ofisi ziyarət edilib.“QHT ziyarətin”də Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova və Agentliyin məsul əməkdaşları iştirak ediblər.  
Görüş zamanı QHT sədri Qalib Nəbiyev Birliyin fəaliyyəti haqqında geniş məlumat verib. Birliyin təklif və problemləri dinlənilib.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …