Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda jurnalistlərə təlim keçirilir

Bakıda “Mediada gender bərabərliyi və peşəkarlıq” adlı ikigünlük təlim keçirilir.

Boyukmillet.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı baş tutan təlimin məqsədi jurnalistlərin peşəkarlıqlarının artırılmasıdır.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimi girişi sözü ilə açıblar.

Təlimdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov, MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova, media eksperti Aynur Bəşirli, hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və başqaları müxtəlif mövzularda çıxış edəcəklər.

Sonda iştirakçılara sertifikatlar veriləcək.

Check Also

Yeni Şuranın vəzifələri bunlar olacaq – SİYAHI

Yeni yaradılacaq Media və Yayım Şurasının vəzifələri qanunla müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin …