Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Qırğız tikinti şirkəti Bişkek parkına görə ödəniş edilmədiyi üçün Azərbaycan XİN-i məhkəməyə verir

Qırğızıstanın Meadi LLC tikinti şirkəti Bişkekdə yerləşən Azərbaycan–Qırğızıstan Dostluq Parkının inşası ilə bağlı ödənilməmiş vəsaitə görə Azərbaycanın Xarici İşlər Nazirliyini məhkəməyə verib. Şirkət iddia edir ki, layihə üzrə onlara hələ də 3 milyon dollardan çox borc ödənilməmiş qalır.

OC Media yazır ki, Parkın və onunla əlaqəli Heydər Əliyev adına məktəbin layihələri ilk dəfə 2019-cu ildə hazırlanıb. Azərbaycan Xarici İşlər Nazirliyi hər iki layihə üçün 8 milyon dollardan çox vəsait ayırıb. Tikinti işləri 2022-ci ildə başa çatıb, açılış mərasimlərində isə Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak ediblər.

Foto: OC Media rəsmi mənbələrdən əldə edib

Lakin aradan üç il keçməsinə baxmayaraq, Meadi LLC bildirir ki, Azərbaycan hökuməti layihə üzrə ödənişləri tam şəkildə həyata keçirməyib.

Şirkət məhkəmə iddiasında qeyd edib ki, çatışmayan vəsaitin ödənilməsi üçün dəfələrlə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, lakin nəticə əldə olunmayıb.

Bundan əlavə, Meadi LLC Azərbaycan Maliyyə Nazirliyini də məhkəmə iddiasına daxil edib. Nazirlik isə buna etiraz edərək bildirib ki, müqavilədə iştirak etməyib.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi iddianın müddətin bitməsi (iddia müddətinin keçməsi) səbəbilə rədd edilməli olduğunu bəyan edib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …