Bazar , 19 Yanvar 2025
Drone Cameras

Qırğızıstan-Tacikistan sərhədində insident olub

Qırğızıstan-Tacikistan sərhədində insident olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

Belə ki, Tacikistan vətəndaşları sərhədə yaxın Qırğızıstan sakinlərinin avtomobillərinə daş atıblar.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti ölkə vətəndaşlarının xəsarət almadığını bildirib.

İnsidentdən dərhal sonra Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəisləri arasında görüş keçirilib və onlar vəziyyəti sabitləşdirmək üçün əlavə sərhəd patrulları yerləşdiriblər.

Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra orada mübahisəli hissələr qalıb. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində artıq 580 km-ə yaxın yol təsvir edilib. Bəzi ərazilərdə vaxtaşırı yerli sakinlər arasında mübahisələr yaranır.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …