Bazar , 11 Yanvar 2026
Drone Cameras

Qırğızıstanda iğtişaşlar hazırlayan keçmiş dövlət qulluqçuları saxlanılıb

Qırğızıstan Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən ondan çox keçmiş yüksək vəzifəli dövlət qulluqçularını saxlayıb.

Boyukmillet.com xəbər verir ki, saxlanılan şəxslərlə bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə cinayət işi başlanıb.

Xüsusi istintaq hərəkətləri zamanı başlanmış cinayət işi çərçivəsində saxlanılan şəxslərin qanunsuz olaraq hakimiyyəti ələ keçirməklə kütləvi iğtişaşların təşkilində və hazırlanmasında iştirak etmələri barədə sübutlar əldə edilib.

Şübhəlilərin həbsi məsələsinə aparılan məhkəmələrdə qərar veriləcək.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …