Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Qırğızıstanın təşəbbüsü ilə Ağdamda orta məktəb inşa ediləcək

Qırğız Respublikasının təşəbbüsü ilə işğaldan azad edilən Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb inşa ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirilib.

“Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir”, – məlumatda qeyd edilib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …