Bazar ertəsi , 23 Mart 2026
Drone Cameras

Qızılın qiyməti kəskin BAHALAŞDI

Yaxın Şərqdə baş verən son geosiyasi proseslər fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi qızılın qiymətində kəskin artıma səbəb olub. Səhər saatlarında qiymətli metalın birja dəyəri təxminən 2,7 faiz yüksəlib.

COMEX birjasında qızılın aprel fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 142,79 ABŞ dolları və ya 2,72 faiz bahalaşaraq bir troya unsiyası üçün 5 390,69 ABŞ dollarına çatıb.

Eyni zamanda, gümüşün mart fyuçersləri də artım nümayiş etdirib, qiymət 1,76 faiz yüksələrək bir unsiya üçün 94,933 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, qızıl ənənəvi olaraq “təhlükəsiz liman” aktiv hesab olunur. Qlobal bazarlarda qeyri-müəyyənlik artdıqda və ya geosiyasi risklər gücləndikdə investorların bu metala marağı daha da yüksəlir./Milli.az/

Check Also

Azərbaycan səmasında artan uçuşlardan AZAL nə qədər qazanır?

Cənubda İran və ABŞ-İsrail, şimalda isə Rusiya-Ukrayna müharibələrinin davam etdiyi bir vaxtda Qafqaz ölkələrinin hava …