Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Qobustanda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb 

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Rəcəb Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “patı” kimi tanınan psixotrop maddə – metamfetamin aşkarlanıb.
Keçirilən digər əməliyyat nəticəsində isə Qobustan şəhər sakini Sənan Alkişiyev şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus mağazaya baxış keçirilərkən orada gizlətdiyi metamfetamin və həmin obyektə bitişik yardımçı tikilidən isə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 …