Bazar , 8 Fevral 2026
Drone Cameras

Qubada kişi keçmiş arvadını öldürüb, sonra intihar edib

Qubada qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.

Onların birgə nikahdan 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakıda hoteldə 30 yaşlı ofisiant qətlə yetirilib

Bakıda hoteldə qətl hadisəsi törədilib. Boyukmillet.com xəbər verir ki, Xətai rayonunda yerləşən “Boulevard Hotel”də ofisiant kimi …