Cümə , 5 Dekabr 2025
Drone Cameras

Rəşid Behbudov haqqında film çəkilib

Əfsanəvi sənətkarın 110 illiyinə həsr olunmuş film çəkilib.

Boyukmillet.com xəbər verir ki,110 illik yubileyi münasibətilə dünya şöhrətli müğənni Rəşid Behbudov haqqında yeni sənədli film çəkilib.


Filmin quruluşçu rejissoru və ssenari müəllifi gənc rejissor Xəyalə Pircanova, operatoru Hüseyn Kərimovdur. Yaradıcı heyətdə Günel Ayxan, Pakizə Alıyeva, Firuzə Qurbanlı, Ləman Bağırzadə və Səma Vəliyeva. Bədii rəhbər isə rejissor, prodüser İqbal Məmmədəliyevdir.


Sənədli filmdə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi, Xalq artisti Mübariz Tağıyev və bəstəkar, vokal ustası Qasim Xəlilov sənətkar haqqında xatirələrini bölüşüblər.


Filmdə Behbudovun musiqi və səhnə fəaliyyətindən əlavə kamera arxasındakı həyatına onun şəxsi hobbisi olan fotoqrafiyaya olan marağından söz açılır.

Check Also

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə …