Bazar , 23 Fevral 2025
Drone Cameras

Rəsmi Bakı: “Ermənistan ordusu Azərbaycanı Serbiya mərmiləri ilə atəşə tuturdu”

Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik.

Boyukmillet.com  xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Serbiya tərəfi məsələnin ciddiyyətini anlayır: “Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir”.

XİN rəsmisinin sözlərinə görə, ilkin araşdırmalar sübut edib ki, Azərbaycanın sərhəddəki yaşayış məntəqələrinə, hərbi qüvvələrimizin mövqelərinə qarşı istifadə olunan minaatanlar, digər silahlar Serbiya mənşəlidir.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …