Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Radikal müxalifətin tez-tez şüar dəyişməsinin kökləri – Qarabağdan sosial tələblərə, oradan yenə Qarabağ məsələsinə…

Bütün analizlər göstərir ki, radikal müxalifət öz hakimiyyət iddiasını reallaşdırmaq üçün istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə belə hazırdır. Xaricdən alınan maliyyə yardımları ilə təşkil olunan mitinqlər də bunun real sübutudur.

Müxalifətin demokratiya anlayışının daha bir qabarıq ifadə tərzi bu düşərgə daxilində cərəyan edən son proseslərdə də özünü göstərir. Məsələn, fəaliyyəti bir müxalifət partiyası olaraq fiaskoya uğrayan, cüzi elektoratını da itirən AXCP və digər radikallar real addımları ilə deyilənləri sübut edirlər. Radikallar konkret konsepsiyasız, mövsümi şüarlarla silahlanıb gün keçirməklə məşğuldurlar. Nizamlı fəaliyyəti olmayan düşərgə əsasən şüarları ilə də çox manipulyasiya edir. Məsələn, bir müddət həssas olan “Qarabağ” şüarı ilə irəliləyən radikallar, sonra onu unudub sosial problemlərdən danışmağa başladılar. İndi yenə “Qarabağ” şüarı yadlarına düşüb. Ölkədəki seçki aktivliyini görən radikallar yenidən “Qarabağ” şüarı ilə səs-küy salmağa başlayıblar. Təbii ki, Qarabağla bağlı süarları heç kim özününküləşdirə bilməz. Müxalifətin də Qarabağın azadlığını tələb etmək kimi haqqı var. Ancaq bu mübarizə səmimiyyət üzərində qurulmalıdır və ardıcıl olmalıdır. Yoxsa, hər mövsümə uyğun bir şüar fikirləşib, gündəmdə qalmaqla siyasət aparmaq olmaz. Müxalifətin tez-tez şüar dəyişməsi nəyin əlaməti sayıla bilər?

  • Samir Adıgözəlli: “Radikalların şüarlarla manevr etməsi onların ideoloji boşluğu və çarəsizliyindən xəbər verir”

İctiami-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tez-tez şüar dəyişmək partiyaların strukturlarının olmaması ilə bağlıdır: “Radikal müxalifət partiyalarında, demək olar ki, heç bir yenilənmə getmir. Yenilənmə yalnız onunla bağlıdır ki, partiyanı tərk edənlər çox olur. Yeni nəsil isə müxalif partiyalara üzv olmaqda maraqlı deyil. Çünki onları həmin təsisatlarda heç bir yenilik  və karyera gözləmir. Köhnə düşüncəli partiya funksionerləri isə, demək olar ki,  həyatdan bezmiş vəziyyətdədirlər. Onlarda konsepsiya, proqram yazmağa hansı həvəs ola bilər? Bu səbəbdən də partiyalar xaricdən aldıqları sifarişlərə uyğun şəkildə proqramlarını və ən əsas da şüarlarını tənzimləyirlər. “Qarabağ” şüarı ilə pafoslu danışmaq bunların əlində bir vasitəyə çevrilib. İnsafən, demək lazımdır ki, hakimiyyət Qarabağ problemi ilə bağlı çox prinsipial mövqe ortaya qoyur. Azərbaycanın maraqları tələb olunan mövqedən bir addım da geriyə atmır. İndi gəlin “Qarabağ” qışqıran radikal partiyaların birindən itirilmiş torpaqların necə geri qaytarılması ilə bağlı bir konsepsiya tələb edək. Yalnız ümumi, pafoslu sözlərlə danışmaqla kifayətlənəcəklər. Radikalların şüarlarla manevr etməsi onların ideoloji boşluğu və çarəsizliyindən xəbər verir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …