Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Radikal siyasi qüvvələr pandemiya və karantindən öz siyasi maraqları üçün istifadə etmək cəhdlərindən əl çəkməlidirlər.

“Azərbaycan ikigünlük karantin sınağından uğurla çıxa bilmədi”, “hökumət son 48 saatdan öz dərsini aldı” kimi təhrikçi, qızışdırıcı ifadələri tirajlayaraq polislərlə vətəndaşlar arasında baş verən qarşıdurmaları sensasiya kimi təqdim edənlər, həftəsonu ikigünlük evdə qalma qadağasının əhəmiyyətini azaltmağa çalışanlar zənnimcə, sağlam mövqe nümayiş etdirmirlər. İkigünlük sosial özünütəcrid qərarı son günlər “Covid 19” infeksiyasına yoluxanların sayında baş verən artıma adekvat olaraq verilmişdi. Məqsəd də gün kimi aydın idi. Yəni ki, istirahət günlərində paytaxtda və digər iri şəhərlərinmizdə yaşanan izdihamın, qələbəliyin daha geniş yoluxmalara yol açmasını önləmək amacıyla verilmişdi bu qərar. Heç şübhəsiz ki, proseslərin gedişatına uyğun olaraq qəbul edilən bu qərarın tətbiqi zamanı hansısa neqativ halların baş verməsi də gözlənilən idi. Lakin bütövlükdə isə ikigünlük sosial təcriddən ortaya çıxan nəticələrin üzərinə kölgə salmaq olmaz. Bu tədbiri ümumən səmərəli addım kimi qəbul edə bilərik. Polislərlə baş verən qarşıdurmaları isə faciə kimi təqdim etmək lazım deyil. Axı polis də, vətəndaşlar da bizimdir. Bəzi siyasilərin və xaricdəki bloggerlərin polislə vətəndaşı süni şəkildə qarşı-qarşıya qoymaq cəhdləri ölkədə anarxiya mühitinin yaradılmasına, cəmiyyətin xaosa sürüklənməsi məqsədinə xidmət edir. Bax, bu çox təhlükəli tendensiyadır. Radikal siyasi qüvvələr pandemiya və karantindən öz siyasi maraqları üçün istifadə etmək cəhdlərindən əl çəkməlidirlər. Biraz da ölkəmizin, millətimizin, dövlətimizin maraqlarını düşünmək lazımdır.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …