Bazar , 28 Aprel 2024
Drone Cameras

“Rakuv”un baş məşqçisi: “Azərbaycanda da hava isti idi, Limassoldakı isti bizə təsir etməyəcək”

“Azərbaycanda da isti idi, lakin bu, bizə təsir etməyəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Polşanın “Rakuv” komandasının baş məşqçisi David Şvarqa Kiprdə “Aris”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Gənc mütəxəssis Limassolda havanın çox isti olduğunu bildirib: “Bu, bizi qorxutmur. Çünki oyunçuların fiziki durumu yaxşıdır. Rəqibin keyfiyyətli heyətə malik olduğunu bilirik. “Aris”də yaxşı futbolçular var. Amma bəyəndiklərimin adlarını çəkmək istəmirəm”.

Qeyd edək ki, “Rakuv” ilk görüşdə rəqibini məğlub edib – 2:1. Cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Polşa çempionu II təsnifat mərhələsində “Qarabağ”ı iki oyunun nəticəsinə əsasən (3:2, 1:1) üstələyib.

Check Also

Samir Abasov: “Barselona” mənim üçün həddindən artıq maraqlıdır

Bu klub mənim üçün həddindən artıq maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında İspaniyanın “Barselona” …