Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? – RƏSMİ CAVAB

“Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına hələ ki icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər”.

Bunu  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adı çəkilən rayon və şəhərlərə gediş-gəlişlə bağlı qadağa qüvvədədir:

“Amma növbəti günlərdə necə olacağını gözləmək lazımdır. Bu halda biz qərarı elan edəcəyik. Digər rayonlar arasında isə bilirsiniz ki, əhalinin gediş-gəlişi mümkündür”.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …