Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Ramin Bayramlı vəzifəsindən istefa ərizəsi yazıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb.

Boyukmillet.com xəbər verir ki, xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində bildirib.

“Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.

Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, – deyə TƏBİB sədri sosial şəbəkədəki hesabında yazıb.

Check Also

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan …