Bazar , 5 Aprel 2026
Drone Cameras

Ramiz Mehdiyevdən daha bir təyinat

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev özünə daha bir köməkçi təyin edib.

Natiq İsa oğlu Allahverdiyev AMEA prezidentinin köməkçisi təyin olunub. Bununla da R.Mehdiyevin köməkçilərinin sayı 5-ə çatıb.

N.Allahverdiyev eyni zamanda AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsini də icra edəcək.

N.Allahverdiyev bundan əvvəl Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl – dekabrın əvvəlində R.Mehdiyev özünə sayca 4-cü köməkçi təyin edib. Beləliklə, hazırda AMEA prezidentinin ikisi qadın, üçü kişi olmaqla 5 nəfərdən ibarət köməkçi heyəti aşağıdakılardır:

Həcər Hacıməmməd qızı Vəliyeva, Arzu Elbrus qızı Əlizadə, Ələddin Mehman oğlu Məlikov, Şahin Xanoğlan oğlu Yəhyayev və Natiq İsa oğlu Allahverdiyev.  

Check Also

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan …