Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rasim Musabəyovun İsfəndiyar Vahabzadə ilə bağlı işlətdiyi “bambılı” kəlməsi …

“Rasim Musabəyovun İsfəndiyar Vahabzadə ilə bağlı işlətdiyi “bambılı” kəlməsi ziyalıya, millət vəkilinə, siyasətçiyə yaraşan ifadə deyil, amma belə görünür ki, Rasim Musabəyova yaraşdırmaq olar”-bu fikirləri VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli Azərbaycanın Belarus, Moldova və Pakistandakı sabiq səfiri İsfəndiyar Vahabzadənin Rusiya Liberal Demokratik Partiyasının sədri, Rusiya dumasının üzvü Vladimir Jirnovskinin Azərbaycan xalqını bütünlüklə təhqir etməsinə, ölkə başçısı İlham Əliyevin ünvanına təhdidedici fikir səsləndirməsinə cavab olaraq söylədiyi fikirlərə millət vəkili R.Musəbəyovun reaksiyasına münasibət bildirərkən deyib.


“Hər kəsə yaxşı məlumdur ki, İsfəndiyar Vahabzadə bir qədər kəskin bəyanat versə də, əslində Jirinovski və digər rus siyasətçilərinin Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlərlə müqayisədə çox yumşaq danışıb.
Musəbəyov və müsəbəyovkimilərin İ.Vahabzadənin özgürlüyünə Azərbayvcan sevərliyinə qarşı belə cılız və daşıdıqları titula yaraşmayan fikirlər səsləndirməsini iki cür xarakterizə etmək olar. Birincisi, ya bunlara tapşırıblar ki, səni deputat ona görə seçmişik ki, belə məqamlarda “xoda” düşəsən və özümüzə qarşı tənqid və təhqir ifraz edəsən.
İkincisi, ya da bu insanların xislətində yarınmaq, başqasının xoşuna gəlmək üçün özümüzə balta çalmaq, aşağılamaq var.
Yəqin ki, heç kəs unutmayıb, Rasim Musabəyov çox uzaq olmayan vaxtda Türkiyəyə də qarşı insanlarımızın ürəyincə olmayan, içindən gələn ifadələr işlətmişdi.


Həm də ot kökü üstə bitər, deyiblər. İsfəndiyar Vahabzadə milli şairimiz Bəxtiyar Vahabzadənin oğludur, Rasim Musabəyov boşevik, Rusiyapərəst Qəzənfər Musabəyovun nəvəsidir”, – deyə Faiq Balabəyli fikrini yekunlaşdırıb.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …