Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə aviareys açılıb

Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Naxçıvan şəhərinə beynəlxalq aviareys açılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.

Bildirilib ki, avqustun 12-də Rusiyanın IRAERO aviaşirkəti tərəfindən Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə ilk reys həyata keçirilib.

Qeyd edək ki, Moskva-Naxçıvan-Moskva aviareysinə biletin qiyməti 430 manat, uçuş müddəti 3 saatdır.

Xatırladaq ki, IRAERO aviaşirkəti gələcəkdə Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində də uçuş həyata keçirməyi planlaşdırır.

Check Also

Xudafərinin azad olunmasından 6 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür.Boyukmillet.com xəbər verir ki, Azərbaycan …