Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rauf Arifoğlunun dairəsi də ləğv edildi

Ümid Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Boyukmillet.com xəbər verir ki, müraciətdə bildirilir ki, səsvermə prosesində DSK məntəqələrinin əksəriyyətində seçici fəallığı yüksək olmayıb, protokolların tərtib edilməsində ciddi qanun pozuntularına yol verilib. Seçicilərin sayı artıq göstərilib.

Protokollar partiya nümayəndələrinə verilməyib. MSK bununla bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırıb. MSK tərəfindən 35 saylı seçki dairəsində quraşdırılmış 10 veb-kamera da araşdırılıb. MSK müəyyən edib ki, həqiqətən 35 saylı dairənin bütün məntəqələrində seçki qanunvericiliyinin tələbləri pozulub. Protokollar həmçinin verilməyib, eyni zamanda, onlarda uyğunsuzluq aşkarlanıb.

Beləliklə, MSK qərara alıb ki, 35 saylı seçki dairəsində bütün məntəqələrdə pozuntulara yol verilib və həmin dairədə seçkinin nəticələrini etibarsız hesab edib.

Qeyd edək ki, sözügedən dairədə MSK-nın nəticələrinə görə, lider namizəd tanınmış jurnalist Rauf Arifoğlu idi. 

Günel Türksoy

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …