Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ərdoğandan Ermənistan nümayəndəsinin çıxışına sərt reaksiya

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub.

A. Hovakimyan çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir. O deyib ki, QDİƏT siyasi təşkilat deyil və bu məsələlər burada müzakirə olunmamalıdır.

A. Hovakimyanın çıxışından dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onunla razılaşmadığını bəyan edib: “Burada heç bir təmsilçi çıxışında hər hansı bir siyasi günahlandırma və dəyərləndirmə etmədi. Amma siz öz çıxışınızı bütünlüklə siyasi günahlandırma və dəyərləndirməyə həsr etdiniz. Bu isə mənim fikrimcə, düzgün deyil”.

Boyukmillet.com

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir