Şənbə , 27 İyul 2024
Drone Cameras

Sabir Rüstəmxanlıdan güneyli saz ustası Çingiz Mehtipura dəstək!

DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkədə öz səhifəsində təbrizli saz ustası Çingiz Mehtipurla bağlı yazı paylaşıb.

Xalq şairi hər kəsi Ç.Mehdipurun konsertində fəal iştirak etməyə dəvət edib: “May ayının 24-də Heydər Əliyev sarayında Güney Azərbycanın böyük sənətkari, bənzərsiz saz ustası Çingiz Mehtipurun və onun başçılıq etdiyi musiqi qurupunun möhtəşəm konserti olacaqdır. Təbrizin səsini dinləyəcəyik! “Arsax,Arsax!” deyib mələyən erməni Bodrosun oğlu Filip Girkorovun, bizim iznimiz olmadan Dağlıq Qarabağda konsert verənlərin Bakıdakı təmtəraqlı gecəlrindən sonra öz böyük sənətkarımızın konsertinə az adam gelsə, deməli, bizim milli ruhumuz ölüb. Bu, təkcə mədəniyyət məsələsi deyildir, həm də qeyrət məsələsidir. Başa düşürük, onlara rəsmi dəstək olub. Xalq da öz milli dəstəyini verməli, gücünü göstərməlidir…”

Boyukmillet.com

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir